Menu

ABŞ-ın aviadaşıyıcı qrupu Koreya yarmadasına yola düşüb

07.10.2017, 20:59
ABŞ-ın aviadaşıyıcı qrupu Koreya yarmadasına yola düşüb

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Ronald Reyqan» atom aviadaşıyıcısı çümə günü Honkonqa səfəri başa çatdıqdan sonra, Koreya yarımadasına istiqamət götürməklə, Cənubi Çin dənizinə çıxıb. Bu barədə beynəlxalq «AİS» avtomatik eyniləşdirmə (identifikasiya) sistemi xəbər verib.

«Ronald Reyqan» aviadışıyıcısını zərbə qrupunun bir neçə döyüş gəmisi müşayiət edir. Onların sırasına raket kreyseri, esmines, «İcis» raket əleyhinə müdafiə sistemi ilə təhciz edilmiş kreyser və «Tomaqavk» qanadlı raketlərilə təhciz olunmuş atom zərbə sualtı qayığı daxildir.

«Cənubi Koreyanın müdafiə nazirliyindəki mənbəyə istinadla «Ryönxap» agentliyinin verdiyi məlumata görə, Koreya yarımadasında vəziyyətin gərginləşməsi fonunda Amerika Birləşmiş Ştatlarının (ABŞ) aviadaşıyıcı qrupu Cənubi Koreya hərbi-dəniz qüvvələrinin gəmiləri ilə birgə təlimlərdə iştirak edəcək.

Təlimlər oktyabrın ortalarında, Yapon dənizində - Şimali Koreya sərhədlərinin yaxınlığında keçiriləcək.

Təlimlər çərçivəsində ABŞ və Cənubi Koreya hərbi-dəniz qüvvələrinin gəmiləri raket atışlarını qeydə almağı, uçuş trayektoriyasının izlənməsini və Şimali Koreya ballistik raketinin «tutulması»nı məşq edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol