Menu

Stalini Meksikada öldürüblər

07.10.2017, 22:21
Stalini Meksikada öldürüblər

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Paraço şəhərinin Stalin Sançes Qonsales adlı-soyadlı meri beş nəfər naməlum şəxsin hücumunun qurbanı olub.

Şahidlərin məlumatına görə, hadisə Stalinin iqamətgahının yaxınlığında baş verib.

Ölkənin qərbindəki Miçokan ştatının (Paraço şəhəri burada yerləşir) qubernatorunun öz «tvitter»ində yazdığına görə, bütün qüvvələrin qatillərin axtarışına cəlb olunmasını tapşırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol