Menu

AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək

08.10.2017, 11:27
AŞPA-nın yeni rəhbəri oktyabrın 9-da seçiləcək

Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri bazar ertəsi, oktyabrın 9-da seçiləcək. "Report" xəbər verir ki, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.

"Sədr assambleyanın prosedur qaydalarına uyğun olaraq AŞPA-nın oktyabrın 9-da Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, yeni rəhbər 22-26 yanvar 2018-ci il tarixlərində Strasburqda keçiriləcək növbəti sessiyanın açılışınadək öz postunu tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol