Menu

«İraq Kürdüstanı ilə sərhədləri bağlayın» - Bağdad Türkiyə və İrana çağırış etdi

08.10.2017, 00:51
«İraq Kürdüstanı ilə sərhədləri bağlayın» - Bağdad Türkiyə və İrana çağırış etdi

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Xarici İşlər Nazirliyi (XİN) «İraq Kürdüstanı ilə sərhədləri bağlayın» çağırışı ilə Türkiyə və İrana müraciət edib. Bu barədə xəbəri şənbə günü İraq XİN nümayəndəsi Əhməd Maxcuba istinadla, «Anadolu» agentliyi yayıb.

Onun sözlərinə görə, İraq XİN Türkiyə və İranın səfirliyinə rəsmi müraciət göndərib.

Müraciətdə İraq hökuməti ölkənin şimalındakı kürd muxtariyyəti ilə sərhəd-keçid məntəqələrinin (SKM) bağlanmasına və neftlə ticarət əməliyyatlarının məhdudlaşdırılmasına çağırış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol