Menu

Azərbaycanlı fermer Kəlbəcərdə pomidor yetişdirir - FOTO

08.10.2017, 10:00
Azərbaycanlı fermer Kəlbəcərdə pomidor yetişdirir - FOTO

Kəlbəcərdə yetişdirilən pomidorlar Moskvanın iri meyvə-tərəvəz bazarlarında satışa çıxarılıb.

BakuPost.az xəbər verir ki, pomidorlar barədə məlumat olan kağızda məhsulun Kəlbəcərdə tam təbii üsulla yetişdirildiyi qeyd olunub. Əsas maraqlı məqam isə ondan ibarətdir ki, Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların istehsalçısı kimi azərbaycanlı adı qeyd olunub.

Fermerin adı Talıbov Zabil Ocaqverdi oğlu, ünvan kimi isə Azərbaycan Respublikası, Kəlbəcər rayonu göstərilib.

Əməkdaşımızın toptansatış məntəqələrinin birindən çəkdiyi fotoları təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol