Menu

Azərbaycan yığması son oyununa çıxır - DÇ-2018

08.10.2017, 11:28
Azərbaycan yığması son oyununa çıxır - DÇ-2018

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxacaq.

Qol.az xəbər verir ki, Robert Prosineçkinin komandası səfərdə Almaniyanın qonağı olacaq.

Azərbaycan yığması 9 tur ərzində 10 xal yığıb və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enib. Dünyanı çempionatı vəsiqəni daha əvvəl təmin edən Bundestim isə seçmə mərhələdə hələ ki xal itirməyən 2 komandadan biridir.

DÇ-2018, seçmə mərhələ

X tur

8 oktyabr

C qrupu

22:45. Almaniya - Azərbaycan

Baş hakim: Andris Treimanis

Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs

Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)

Kayzerslaytern. “Fritz Valter Stadion”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol