Menu

Qərbin təhlükəli Yaxın Şərq xəritəsi yayımlandı - Foto

27.06.2014, 08:50
Qərbin təhlükəli Yaxın Şərq xəritəsi yayımlandı - Foto

Qərb mediası Yaxın Şərqin xəritəsinin yenidən çəkildiyini iddia edir.

Axar.az-ın məlumatına görə, "İraq Şam İslam Dövləti"nin bölgədə aktivləşməsindən sonra qərb mediası Yaxın Şərqin xəritəsinin təxminən hansı formada olacağını göstərən foto yayımlayıb. Xəritədə etnik və dini ünsürlərin önə çıxarılması diqqət çəkir.

Xatırladaq ki, Yaxın Şərqin xəritəsi birinci dünya müharibəsi zamanı fransalı diplomat François Piçot və ingiltərəli həmkarı Mark Sayksın öz aralarında apardığı gizli görüş zamanı müqavilə ilə dəyişdirilmişdi. Bir çox ölkələrin maraqlarına uyğun olan bu müqavilədən sonra yeni ölkələr yaranmağa başlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol