Menu

Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

08.10.2017, 21:50
Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

Rusiyanın Stavropol diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb."Report" xəbər verir ki, bu barədə "TASS" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzaya uğrayan təyyarənin yandığı bildirilir. Təyyarənin xüsusi şirkətə məxsus olduğu ehtimal edilir. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol