Əvvəlcədən xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
ANS PRESS-in məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib:
1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(ikinci səsvermə)
2. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
3. "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
5. Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
6. "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələlər Milli Məclisin növbədənkənar iclasının gündəliyinə daxil edilib.


Şərhlər