Menu

Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar - FOTO

09.10.2017, 12:08
Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar - FOTO

Bakıda “caucau” cinsli it oğurlanıb. Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “caucau” cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, İradə Məmmədxanova “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.

Onu da bildirək ki, "caucau" cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol