Menu

Şagird məktəbdə bıçaqlandı

09.10.2017, 12:24
Şagird məktəbdə bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 14 yaşlı məktəbli rayon 3 saylı orta məktəbində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol