Menu

Ermənilər cəbhə xəttində yanğın törətdilər

27.06.2014, 10:38
Ermənilər cəbhə xəttində yanğın törətdilər

Ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın törədiblər.

APA-nın yerli bürosunun xəbərinə görə, dünən 16.00 radələrindən başlayan yanğın indiyə qədər davam edir. Əlibəyli kənd sakinləri, son zamanlar belə yanğınların tez-tez törədildiyini və nəticədə həmin ərazilərdə mina partlayışlarının baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, belə yanğınlardan sonra zərərvericilərin kəndə axını başlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol