Menu

GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq

09.10.2017, 21:39
GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq

GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze söyləyib.

Nazir deyib: “Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”.

“GUAM ölkələrinin azad iqtisadi zonasının yaradılması istiqamətində bu ilin sonunadək müəyyən irəliləyişlərin olacağını gözləyirik” - deyə, M.Canelidze vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol