Menu

Suriyada Rusiya qırıcısı qəzaya uğrayıb - Heyət həlak olub

10.10.2017, 12:30
Suriyada Rusiya qırıcısı qəzaya uğrayıb - Heyət həlak olub

Suriyada Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus “Su-24” təyyarəsi havaya qalxan zaman qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində təyyarə heyəti katapult edə bilməyib və həlak olub.

Qəza Hmeymim aviabazasında baş verib. İlkin məlumatlara görə, qəzaya təyyarədəki texniki qüsurlar səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol