«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verliyi xəbərə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ukraynanın Prezidenti Pyotr Poroşenkonun «tetatet» formatlı görüşü təxminən, 3 saat çəkib.
Bu barədə xəbəri «İnterfaks-Ukrayna» agentliyi yayıb.
Görüş Ukrayna Prezidentinin administrasiya binasında baş tutub. Görüş zamanı bir sıra məsələlərlə yanaşı, bütün istiqamətlər üzrə iki ölkə arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində müəyyən addımların atılması da müzakirə olunub. Bir sıra ikitərəfli sənədlər imzalanıb. Bundan başqa, Krım-tatar məsələsi də qaldırılıb.


Şərhlər