Menu

Elçibəyin qardaşı vəfat etdi

11.10.2017, 11:22

ALMURADAzərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

"AzPolitika" A.Əliyevin ailəsinə yaxın mənbələrə istinadla bu xəbəri verir.

Allah rəhmət eləsin!

***

“Atam 6-7 il olardı ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sadəcə, bunu heç kəsə deməməyi məsləhət etmişdi. Son 2 ayda isə vəziyyəti pisləşmişdi. Yarım saat olar ki, dünyasını dəyişib”.

Bunu Modern.az-a açıqlamasında mərhum Almurad Əliyevin oğlu Hürü Əliyev deyib.

Onun sözlərinə görə, atası Bakıda dəfn olunacaq.

“Atam Bakıda dəfn olunacaq. Güman ki, Yasamal qəbiristanlığında dəfn edəcəyik. Yuxarı daiərələrdən hələ ki, heç kim zəng edib başsağlığı verməyib. Bir azdan yəqin edərlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol