«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Şimali Altantika Alyansının başçısı Yens Stoltenberq Türkiyə və Amerika Birləşmiş Ştatlarını (ABŞ) mümkün qədər tez bir zamanda danışıqlar masası arxasına keçməyə və viza böhranının həllini tapmağa çağırıb.
«Mən, ABŞ və Türkiyəni yalnız danışıqlar masası arxasına keçməyə və (böhranın - red) həllini tapmağa çağırıram» - deyə, «AFP» agentliyi NATO Baş katibindən sitat gətirir.
Stoltenberq qeyd edib ki, NATO üçün vacibdir ki, biz, yaxından əməkdaşlıq edə bilək, xüsusilə də bu bölgədə. Axı Türkiyə bizim terrorçuluqla mübarizəmizdə «açar» rolunu oynayır.

Şərhlər