Menu

Dünyanın aparıcı dövlətləri İranın tərəfində! - ABŞ-dan savayı...

14.10.2017, 11:58
Dünyanın aparıcı dövlətləri İranın tərəfində! - ABŞ-dan savayı...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birəşmiş Ştatlarından (ABŞ) savayı, dünyanın bütün aparıcı dövlətləri İranla bağlanmış «nüvə sazişi»nin ləğvini istəmir.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski bəyan edib ki, bu məsələdə Vaşinqtonun mövqeyi müttəfiqlərin mövqeyi ilə üst-üstə düşmür.

Onun sözlərinə görə, «Tpampın nüvə sazişinin ləğvi barədəki təhdidlərinin yerinə yetiriləcəyi təqdirdə, ABŞ Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) İran məsələsi üzrə təcrid vəziyyətinə düşə bilər».

Slutski nüvə sazişi üzrə İranın öhtəlikləri yerinə yetirməməsinə yönəlik Trampın iddialarını boş sözlər və sübutsuz ittiham adlandırıb.

«Avropada, Çin və Rusiyada yaxşa anlayırlar ki, İranın ünvanına Vaşinqtonun səsləndirdiyi provakasion bəyanatlar bərpası mümkün olmayan hansı mənfi nəticələr doğura bilər...».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol