Menu

Trampın adamı Rusiyadan böyük məbləğdə kredit alıb

14.10.2017, 12:06
Trampın adamı Rusiyadan böyük məbləğdə kredit alıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Donald Trampın seçki qərargahının sabiq başçısı Pol Manafortla əlaqəli şirkətlər rusiyalı iş adamı Oleq Deripaskaya bağlı firmalardan böyük məbləğdə kredit alıb. Kreditlərin ümumi məbləği 60 milyon dollar təşkil edib.

«NBC»-nin versiyasına görə, bunu telekanalın jurnalislərinin tanış olduğu sənədlər sübut edir. Kanal, Manafortun vəkili Ceyms Maloninin şərhlərini ortaya qoyub. Onlar sübut edirlər ki, Manafort hələ seski kampaniyasına qoşulmazdan əvvəl və buranı tərk edəndən sonra da nəzarət altında olub. Maloni qeyd edir ki, onun müştərisi «Rusiya hakimiyyəti ilə gizli əlaqədə» iştirak etməyib.

Manafort Tampın seçki qərargahını ötən ilin avqustunda - əvvəllər müşaviri olduğu Ukraynanın eks-prezidenti Yanukoviçdən milyonlarla dollar «rüşvət» almaqda təqsirləndiriləndən sonra tərk edib.

Hazırda Manafortun barəsində araşdırmaları ABŞ-ın xüsusi prokuroru Robert Müllerin aparatı aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol