Menu

Bakıda vətəndaşların 300 min manat pulunu mənimsəyən şəxs tutulub

14.10.2017, 15:36
Bakıda vətəndaşların 300 min manat pulunu mənimsəyən şəxs tutulub

Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxs həbs edilib.

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə axtarışda olan Vəsahid Məlikov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, mətbuatda verilən məlumatlara görə, Vəsahid Məlikov vəzifəli şəxslərin adından sui-istifadə etməklə vətəndaşların 300 min manat pulunu mənimsəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol