Menu

Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

14.10.2017, 15:59
Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Ötən gün İsmayıllı RPŞ əməkdaşları tərəfindən narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib və nəticədə 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yaşıl kütlə halında narkotik tərkibli bitkilər isə aşkar edilərək məhv edilib.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında şəhər sakinləri İsmayıl İsmayılova məxsus həyətyanı sahəyə keçirilən baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 666 qram qurudulmuş marixuana və 535 qram çətənə kolu, Eldəniz Balakişiyevə məxsus həyətyanı sahəyə baxış zamanı isə 1 kiloqram 417 qram qurudulmuş marixuana və 635 qram çətənə kolu aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol