«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi ümid etdiyini bildirib ki, İranla bağlanmış nüvə sazişi qüvvədə qalacaq.
BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarrik bildirib ki, ABŞ Preidenti Donald Trampın saziş barədə verdiyi bəynatdan sonra, Baş katib bu barədə mövqeyini ortaya qoyub.
Bu ərəfədə Tramp İranın nüvə proqramı üzrə sazişin şərtlərinə əməl emdiyini konqresə rəsmi surətdə təsdiqləməkdən imtina edib.
Tramp həm də deyib ki, Ağ ev «İranla bağlanmış sazişin ciddi çatışmazlıqları» üzərində konqreslə birgə işləyəcək. O, vəd edib ki, ABŞ İrana yönəlik yeni sanksiyalar tətbiq edəcək.
Göründüyü kimi, ABŞ adlı bu «təpəgöz» bir yandan Orta və Yaxın Şərqi dağıdır, o biri tərəfdən isə nəyin hesabına olursa-olsun, İranı və Türkiyəni də bu areala qoşmaq üçün yolurmadan «nala-mıxa» vurur...
Bunun qarşısını almaq üçün gərəkdir ki, bölgə dövlətləri birləşib, ABŞ-ı bu ərazilərdən çıxartmağın yollarını arasınlar.


Şərhlər