Menu

Timoşenko növbəti prezident seçkilərinə qatılacaq

15.10.2017, 18:07

timosenko«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukraynanın müxalif «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko bəyan edib ki, ölkədə keçiriləcək növbəti prezident seçkilərinə qatılacaq.

Timoşenko «News One» telekanalının efirindən bildirib ki, «ölkəni ayaq üstə qoymaq üçün» şəxsən mübarizəyə başlamaq niyyətindədir. Çünki keçmişdə onun dəstəklədiyi siyasətçilər - xüsusilə eks-prezident Viktor Yuşenko və sabiq Baş nazir Arseniy Yatsenyuk - onun etimadını doğrultmayıb.

Timoşenko artıq iki dəfə prezident seçkilərində iştirak edib - 2010-cu ildə o, Viktor Yanukoviçə, 2014-cü ildə isə hazırda fəaliyyətdə olan Pyotr Poroşenkoya uduzub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol