Menu

Şamaxıda 10-cu sinif şagirdi özünü asıb

15.10.2017, 22:53
Şamaxıda 10-cu sinif şagirdi özünü asıb

Şamaxı rayonunda intihar hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib. Mədrəsə qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi olan P. Məmmədovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol