Menu

Gömrük Dəmiryolunun mallarını müsadirə etdi

27.06.2014, 15:34
Gömrük Dəmiryolunun mallarını müsadirə etdi

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Dövlət Dəmiryolları QSC-yə məxsus qatar vaqonlarında aparılan malları müsadirə edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tütün məhsulları (siqaret) müsadirə olunduqdan sonra satışa çıxarılaraq satılıb və pulu dövlət büdcəsinə köçürülüb.

Ümumilikdə 3 iri qutu siqaretin ümumi dəyəri təxminən min manat olub.

Azərbaycan Dövlət Dəmiryolları QSC-dən “Qafqazinfo”ya məlumat təsdiqlənib. Lakin QSC-dən məhsulların Azərbaycan Dövlət Dəmiryollarına adi olmadığı bildirilib: “Biz bilmirik vaqonlara siqaretləri kim qoyub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol