Menu

ABŞ-Cənubi Koreya hərbi təlimləri start götürür - Koreya yarımadası sahillərində

16.10.2017, 15:40
ABŞ-Cənubi Koreya hərbi təlimləri start götürür - Koreya yarımadası sahillərində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya yarımadası sahillərində (Sarı və Yapon dənizlərində) Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreyanın hərbi-dəniz qüvvələrinin (HDQ) birgə hərbi təlimləri başlanır.

Xəbərə görə, təlimlər çərçivəsində Koreya Respublikası hərbi-dəniz qüvvələri, ABŞ HDQ 7-ci operativ donanması, Koreya Respublikası hərbi-hava qüvvələri (HHQ), ABŞ-ın Sakit okean komandanlığı və ABŞ 8-ci səhra ordusunın iştirakı ilə birgə əməliyyatlar keçiriləcək.

ABŞ HDQ tərəfindən təlimlərdə aviadaşıyıcı zərbə qrupu da hərəkətə gətiriləcək. Təlimlərdə ABŞ-ın 2 atom sualtı zərbə qayığı da iştirak edəcək.

Məşqlər oktyabrın 16-dan 26-a qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol