Menu

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

17.10.2017, 09:56
Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla görüşüb.

APA-nın yerli bürosunun məlumatına əsasən, görüş Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin Tbilisidə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub.

Z.Həsənov və H.Akar iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol