Menu

Zibillikdən avtomat tapıldı

17.10.2017, 13:17
Zibillikdən avtomat tapıldı

Bakıda zibillikdən silah-sursat olan çanta tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol