Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 30-dan iyulun 2-dək Çində rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliynin mətbuat xidmətidən verilən məlumata görə, səfər ÇXR xarici işlər naziri Van İnin dəvəti əsasında baş tutacaq.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Çinli həmkarı və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.


Şərhlər