Menu

DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

17.10.2017, 17:24
DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb. Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:

Şimali İrlandiya - İsveçrə

Xorvatiya - Yunanıstan

Danimarka - İrlandiya

İsveç - İtaliya

İlk oyunlar 9 - 11 noyabrda, cavab görüşləri 12 - 14 noyabrda keçiriləcək.

İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:

Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa

Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay

Şimali Amerika: Kosta Rika, Meksika, Panama

Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya

Afrika: Nigeriya, Misir

Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol