"Süleyman Neymətovun rəhbərliyi ilə MİS və digər dövlət qurumlarının xüsusi öyrədilmiş adamları da təxribat məqsədilə klubun qarşısına toplaşıblar"
Məlum olduğu kimi, bu gün saat 16.00-dan 18.00-dək Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən Nizami adına Mədəniyyət evində Milli Şuranın Prezidentliyə vahid namizədi Cəmil Həsənli şhər sakinləri ilə görüş keçirib.Sumqayıtda Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı hakimiyyət tərəfindən təxribat planı hazırlanıbmış. Bu barədə məlumat verən AXCP Ali Məclisinin üzvü Elçin Həsənov bildirib. Onun sözlərinə görə, u gün saat 16.00-dan 18.00-dək Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən Nizami adına Mədəniyyət evində Milli Şuranın Prezidentliyə vahid namizədi Cəmil Həsənlinin görüşü keçirilmişdir.Onun sözlərinə görə, görüşdə təxribat məqsədilə, Sumqayıt bazarının rəhbəri Ağamirzə adlı birisinin “qoçu” dəstələri görüş keçirilən zala daxil olub.
Zalın ətrafında olan Sumqayıt Polisinin rəhbərliyi onlara xəbərdalıq etsə də “qoçu” dəstəsini zaldan çıxartmaq mümkün olmayıb. Bundan əlavə, Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Süleyman Neymətovun rəhbərliyi ilə MİS və digər dövlət qurumlarının xüsusi öyrədilmiş adamları da təxribat məqsədilə klubun qarşısına toplaşıblar. Ən maraqlısı isə guya həmin görüşü işıqlandırmaq üçün mətbuat nümayəndəsi formasında da bir neçə təxribatçını da cəlb ediblər. Elçin Həsənovun sözlərinə görə, Mətbuat Şurasının gödəkcəsində olan həmin şəxslərdən biri əslində Sumqayıt Polisi Kriminalistika İdarəsinin əməkdaşı olub. Onun əlindəki video kamera ilə görüşə gələn seçicilərin videosunu çəkməkdə məqsəd sonradan araşdırmaq, eləcə də hökumət nümayəndələrindən Cəmil Həsənlinin görüşündə iştirak edənləri aşkarlamaq olub. Məlumata görə, göstərilən şəxs əslən Ermənistanlıdır və Heydər Əliyevin nənəsi tərəfindən qohumdur. Elçin Həsənov onu da qeyd edib ki, həmin şəxsə Mətbuat Şurasının gödəkcəsi Dünya TV tərəfindən verilmişdir.
Təxribat məqsədilə görüş keçirilən zala daxil olan “qoçu” dəstəsinə isə Bazarkom Ağamizənin təyin etdiyi İsməli adında birisi olub. Lakin təxribat olunmaqla bərabər Cəmil Həsənlinin seçicilərlə görüşü baş tutub və zala 700 nəfər adam yığışıb, həmçinin 100 nəfər adam isə ayaqüstə görüşə qatılıb.
Vaqif
AzPolitika.info


Şərhlər