«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukraynanın xüsusi təyinatlı qüvvələri Ali Radanın binası ətrafında qurulmuş «çadır şəhərciyi»ni dağıtmaq üçün hücuma keçib. Xəbəri «UNİAN» agentliyi yayıb.
Müxbiri hadisələrin şahidi olmuş nəşrin məlumatına görə, hüquq mühafizəçiləri çadırlara doğru qaçmağa başlayanda, fəallar müqavimət göstərməyə başlayıblar. Cavabında xüsusi təyinatlılar gözyaşardıcı qazdan istifadə ediblər.
Zərərçəkənlər var - onların arasında Ali Radanın «Samapomoşi»dən olan deputatı Yeqor Sobolev də var.
«Xüsusi təyinatlılar bizim parlament ətrafındakı düşərgəyə hücum etdilər. Qazla zəhərləyirlər, ayaqları ilə vururlar, insanları sıxışdırmağa çalışırdar...» - Sobolev özünün «Feysbuk» səhifəsində yazıb.
Tezliklə vəziyyət sabitləşib, polis Konstitusiya meydanına çəkilib.
Bundan əvvəl aksiya iştirakçıları yerlərini parlamentdən Prezident administrasiyasına dəyişmək niyyətində olduqları barədə xəbər vermişdilər.


Şərhlər