Menu

Azərbaycan BMT-nin sorğusunda 68-ci oldu

27.06.2014, 19:26
Azərbaycan BMT-nin sorğusunda 68-ci oldu

Azərbaycan BMT-nin "United Nations E-Government Survey” adı altında dünya ölkələri ictimai xidmətlərin təmin edilməsinin inkişaf səviyyəsinə görə, sorğu aparıb. Bu haqda AzPolitika.info Gürcüstanın “Gürcüstan xəbərləri” nəşrinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan sorğuda 68-ci yeri tutub. 2012-ci ildə isə Azərbaycan 96-cı yeri tutmuşdu. BMT-nin apardığı sorğuda Azərbaycan Türkiyəni, Serbiyanı və digər bir sıra dövlətləri geridə qoyaraq, iki il ərzində 28 addım ataraq ön sıralara keçə bilib. Hesabatda dövlətlərin əhalinin ictimai xidmətlərinin təmin edilməsi indeksləri də yer alıb. Azərbaycan ictimai xidmətlərinin təmin edilməsi baxımından 0,5472, onlayn internet səviyyəsinə görə, 0,4331, telekomunikasiya infrastrukturuna görə isə 0,4605 göstərici ilə yer alıb. Hesabatda beşliyə Cənubi Koreya (0,9462), Sinqapur (0,9076), Çin (0,8874), İsrail (0,8162) və Bəhreyn (0,8089) daxildir.

Qeyd edək ki, sörğu BMT-yə daxil 193 dövlət arasında aparılıb.

Ülkər

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol