Menu

Türklər bunu da bacardı -FOTOLAR

27.06.2014, 19:34
Türklər bunu da bacardı -FOTOLAR

M60 T tankına ilk dəfə reaktiv raketdən müdafiə sistemi quraşdırılıb

Türkiyənin Kayseri şəhərində yerləşən 2-ci Əsas Nəzarət Mərkəzində M60 T türk tankına ilk dəfə olaraq reaktiv raketdən müdafiə sistemi quraşdırılıb.

ANS PRESS-in məlumatına görə, Türk Silahlı Qüvvələrinin tabeçiliyində olan zirehli texnikanın modernləşdirilməsini müvəffəqiyyətlə həyata keçirən 2-ci Əsas Nəzarət Mərkəzi NATO kriteriyalarına uyğun olaraq türk ordusunda olan bütün tankları yenidən nəzərdən keçirib.

Quru qoşunları komandanlığının 2-ci Əsas Nəzarət Mərkəzinin komandiri, polkovnik İsmayıl Amanverməz bildirib ki, mərkəz qurulduğu gündən bu yana M48A5 T1/T2 və M60 T tanklarını modernləşdirib və digər layihələri həyata keçirib.

Polkovnik Amanvermez əlavə edib ki, M60 T tankına ilk dəfə olaraq reaktiv raketdən müdafiə sistemi quraşdırılıb.

Qeyd edək ki, dövlətin büdcəsi hesabına başa gələn modernləşdirmə uğurla həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol