Menu

""Qarabağ" klubunu sıxışdırırlar" - Prezidentin köməkçisi

19.10.2017, 12:21

trend_novruz-mammadov_270515_3"Siyasətdə baş verənlər idmanda da təkrar olunur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyununda fransız həkimin qərarını şərh edərkən bildirib.

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu", - deyə Prezidentin köməkçisi əlavə edib.

Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol