Menu

 "Türkiyəyə 3 milyard avro ödəməliyik" - Merkel

20.10.2017, 09:18

merkel00-financehaber«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel Avropa İttifaqını (Aİ) qaçqınlar üzrə Türkiyə ilə bağlanmış sazişə əməl etməyə çağırıb.

Kansler, Aİ-nın Brüsseldə keçiriləcək sammitinə gələrkən bəyan edib ki, Avropa İttifaqı qaçqınlar üzrə saziş çərçivəsində gələn il Türkiyəyə 3 milyard avro ödənilməsi barədə öz öhdəliyinə əməl etməlidir.

«Biz, qaçqanlar məsələsində Türkiyənin fövqəladə mühüm əhəmiyyətli rolunu qeyd etmək niyyətindəyik. Biz, burada Aİ-Türkiyə sazişi çərçivəsində öz üzərimizə öhdəliklər götürmüşük - artıq Türkiyəyə ayrılmış 3 milyard avrodan əlavə, gələn il daha 3 milyard avronun ödəniləcəyini vəd etmişik. Biz, bu vədə əməl etməliyik, çünki pullar qaçqınların ehtiyaclarına yönəldilir» - deyə, Merkel qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol