İraq Federal Məhkəməsi İraq Kürd Regional Rəhbərliyinin neft satışı ilə bağlı qərar verib.
Axar.az xəbər verir ki, İraq Neft Nazirliyi kürdlərin Türkiyə və İsrailə neft satışını həyata keçirməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə heyəti yekdilliklə kürdlərin neft satışını reallaşdırmasının Konstitusiyaya uyğun olduğu nəticəsinə gələrək, İraq hökumətinin haqsız olduğunu bəyan edib.
Qərarda qeyd edilir ki, İraq Neft Nazirliyi neft və təbii qaz satışının yalnız mərkəzi Bağdad hökumətinin səlahiyyətləri çərçivəsində olduğu qənaətindədir. Ancaq bu fikir 2003-cü ilin qanunlarına əsaslanıb. Federal Məhkəmə konstitusiyanın 110-cu maddəsinin Bağdad hökumətinə belə bir haqq vermədiyi nəticəsinə gəlib.
Bu qərarla Kürdüstan hökuməti neft satışını sərbəst şəkildə davam etdirmək hüququna yiyələnib.


Şərhlər