Menu

Məcburi köçkünlərə aylıq müavinət barədə elektron qaydada məlumat veriləcək

20.10.2017, 11:23
Məcburi köçkünlərə aylıq müavinət barədə elektron qaydada məlumat veriləcək

Vahid aylıq müavinət verilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barədə məlumatın verilməsi elektron xidmət növlərinin siyahısına daxil edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”nda müvafiq dəyişiklik edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlərin siyahısına vahid aylıq müavinət verilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barədə məlumatın təqdim edilməsi daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol