Menu

“Qalatasaray” adını dəyişdirsin - Bahçeli

20.10.2017, 14:40

devlet-bahçeli-371“Qalatasaray” adını dəyişdirsin.Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Devlet Bahçeli Türkiyənin “Qalatasaray” futbol klubunun start heyətində 11 xarici futbolçu ilə meydana çıxmasına münasibət bildirərkən deyib.

“11 xarici futbolçudan danışırıqsa, o zaman “aslan” ya da “Qalatasaray” deyilməsin. Adını dəyişdirsin. Belə komanda olar? (gülür) 80 milyon komanda var. Burada belə bir 11-lik düzəltmək olar”, - Bahçeli deyib.

Qeyd edək ki, “Qalatasaray” futbol klubu Türkiyə çempionatının sonuncu turunda “Konyaspor”la oyuna start heyətində 11 xarici futbolçu ilə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol