30 oktyabrdan etibarən Türkiyədən nar və badımcan idxalına icazə verəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.
Nazir noyabr-dekabr aylarında Türkiyədən pomidorun da idxalı üçün müvafiq sənədlərin hazırlandığını bildirib:
“Kənd Təsərrüfatı Nazirliyi noyabr-dekabr aylarından Türkiyədən pomidor idxalı ilə bağlı məhduddiyyətlərin aradan qaldırılması və bu məhsulun idxalı üçün hökumətə təqdim edilməsi məqsədilə yeni layihə hazırlayıb”.


Şərhlər