Menu

1200 ingilis futbol xuliqanı DÇ-2018-ə getmək hüququ qazanıb

21.10.2017, 09:51
1200 ingilis futbol xuliqanı DÇ-2018-ə getmək hüququ qazanıb

Əvəllər ölkədən çıxmalarına qadağa qoyulmuş 1200-ə yaxın ingilis futbol xuliqanı Rusiyada keçiriləcək Dünya çempionatı - 2018-ə getmək hüququ qazanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.

Bildirilir ki, təqribən 3000 xuliqan məhkəmənin qərarı ilə İngiltərədən çıxmaq hüququndan məhrum edilib. Onlardan təqribən 1200 nəfərinin xaricə çıxmasına qoyulan qadağının müddəti başa çatıb. Yerdə qalanların kənara çıxmaq qadağası əvvəlki kimi qüvvədədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol