Menu

“Barselona” Arda Turanı satmaq istəyir

21.10.2017, 20:34
“Barselona” Arda Turanı satmaq istəyir

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde 3 futbolçunun satılmasını istəyir.

ESPN xəbər verir ki, onların arasında futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan da var.

Katalonyalıların baş məşqçisi A.Turanla yanaşı yarımmüdafiəçi Rafa Alkantara və hücumçu Pako Alkaserin də xidmətində maraqlı deyil. E.Valverde hesab edir ki, bu futbolçular “Barselona”nın səviyyəsinə uyğun deyillər.

Qeyd edək ki, E.Valverde bu ilin yayında “Barselona”ın baş məşqçisi postunda Luis Enrikeni əvəzləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol