Menu

“Azərbaycanın sayılı ayları qaldı” - NATO

28.06.2014, 09:53
“Azərbaycanın sayılı ayları qaldı” - NATO

“NATO Əməkdaşlıq İnstitutu Azərbaycan hökumətini də bu sazişi imzalamağa dəvət edir”.

Axar.az xəbər verir ki, bu sözüləri NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Ukrayna, Moldova və Gürcüstanın Avropa Birliyi ilə assosiativ sazişi imzalamasına münasibət bildirərkən deyib. O, institutun bu yolda səylərini əsirgəməyəcəyini söyləyib:

“Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə assosiativ saziş imzaladılar. NATO Əməkdaşlıq İnstitutu Azərbaycan hökumətini də bu sazişi imzalamağa dəvət edir. İnkişaf, stabiilik, sabitlik, demokratiya, insan haqlarının inkişafı Avropaya inteqrasiyadan keçir. NATO Əməkdaşlıq İnstitutu olaraq bu yolda öz üzərimizə düşən səyləri əsirgəməyəcəyik. Azərbaycan xalqını əmin edirik ki, çox tezliklə ölkəmiz bu sazişi imzalayacaq. Buna artıq sayılı aylarımız qalıb. Allah Azərbaycanı və Azərbaycan xalqını qorusun!”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol