Menu

Sloveniyada keçirilən prezident seçkilərində qalib müəyyənləşib

22.10.2017, 23:37
Sloveniyada keçirilən prezident seçkilərində qalib müəyyənləşib

Sloveniyanın hazırkı dövlət başçısı Borut Paxar ölkədə keçirilən növbəti prezident seçkilərində qalib gəlib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, 53 yaşlı B.Paxor 56,2% səs toplayıb. Onun ən yaxın izləyicisi Kamnik şəhərinin meri Maryan Şarets 22,5% səs toplayıb.

Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Seçkilərdə 9 namizəd iştirak edib. Sloveniyada prezident 5 il müddətinə seçilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol