Menu

Yaponiyada güclü qasırğa baş verib:ölən və yaralananlar var + VİDEO

23.10.2017, 10:04
Yaponiyada güclü qasırğa baş verib:ölən və yaralananlar var + VİDEO

Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb. APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, “Lan” qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, havalimanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.

Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda “Lan” Xonsü adasının şimalına doğru hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 metrə çatır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol