Menu

"ATƏT PA-nın fəaliyyəti sönük görünür" - Bahar Muradova

28.06.2014, 10:08
"ATƏT PA-nın fəaliyyəti sönük görünür" - Bahar Muradova

Bahar Muradova Bakıda keçirilən ATƏT PA-nın sessiyasında belə deyib

Bu gün Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası keçiriləcək. ATƏT PA-nın ən böyük tədbiri hesab edilən illik sessiyaya Azərbaycan ilk dəfə olaraq ev sahibliyi ilə keçirilir. ANS PRESS-in məlumatına görə, ATƏT PA-da iştirakçı ölkələr 323 deputatla təmsil olunur. İyulun 2-dək davam edəcək sessiyada ümumilikdə 500 nümayəndə qatılıb.

Sessiyanın ATƏT PA-nın sədri Didye Burkhalter açıq elan edib. Sədr ATƏT PA-nın sesiyasının önəmindən, təşkilatın regionda oynadığı roldan danışıb.

Daha sonra Milli Məclisin vitse spikeri Bahar Muradova çıxış edib. B.Muradova daha sonra D.Buqhalterə sual verib: “Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareşi çox yaxşı tanıyırıq. O, Cənubi Qafqaza, problemlərə yaxşı bələddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT və Minsk Qrupu nəticəsi olmasa da, fəal görünür. ATƏT PA-nın fəaliyyəti sönük görünür. Xüsusi nümayəndəniz Suareşə adekvat fəaliyyət göstərmək üçün səlahiyyət vermək barədə düşünürsünüz?”.

ATƏT PA-nın xüsusi məruzəçisi Ranko Krepovaiç isə Bahar Muradovaya Suareşin Cənubi Qafqaz regionundakı fəaliyyətini yaxşı qiymətləndirdiklərini söyləyib: “Suareş bütün işləri tək görə bilməyəcək. Biz hazırda prezidentlərin təcrübəsindən istifadə edərək Cənubi Qafqazada işimizi davam etdirəcəyik. Suareşin bu regiondakı səylərini ciddi dəyərləndiririk”.

Sessiyada ATƏT PA-nın rəhbər orqanlarına seçkilər keçiriləcək. Bundan əlavə, ATƏT PA-nın hər üç komitəsinin: Siyasi Məsələlər və Təhlükəsizlik, İqtisadiyyat, Elm, Texnologiya və Ətraf Mühit üzrə, eləcə də Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitələrinin məruzəçiləri tərəfindən hazırlanmış qətnamə layihələri və hesabatlar da sessiyada dinləniləcək. Sessiyanın yekununda isə həm plenar iclasda, həm də hər üç komitədə qəbul edilən qətnamələr vahid Bakı Bəyannaməsi adı altında təsdiq olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol