Menu

Gürcüstanın baş naziri Bakıya gəlir

23.10.2017, 23:10
Gürcüstanın baş naziri Bakıya gəlir

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfər edəcək.Virtualaz.org-un məlumatına görə, G. Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Bakıda keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol