Menu

UEFA "Beşiktaş"ı cərimələyib

23.10.2017, 23:04

A UEFA logo is seen with Geneva Lake andUEFA Türkiyənin "Beşiktaş" klubunu 25 min avro məbləğində cərimələyib.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Türkiyə komandasının futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın “Leypsiq” klubunu qəbul edərkən stadionda işıqların sönməsidir.

Qeyd edək ki, sentyabrın 26-da "Beşiktaş"ın “Vodafone Park” stadionunda “Leypsiq" üzərdə 2-0 qalib gəldiyi matçın 60-cı dəqiqəsində işıqların sönməsi səbəbindən oyunda 10 dəqiqə fasilə yaranmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol