Menu

Bakı parkında dəhşətli qətl

28.06.2014, 11:45
Bakı parkında dəhşətli qətl

Tanışını öldürən kişini polis yaxalayıb

Ötən gecə Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən cinayət baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, istirahət parkında 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayıb.

Hadisə nəticəsində N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol