Menu

"Azərişıq" abonentlərinə xəbərdarlıq edib

26.10.2017, 20:38
"Azərişıq" abonentlərinə xəbərdarlıq edib

"Azərişıq" ASC abonentlərinə xəbərdarlıq edib. Qurumdan  verilən məlumata görə, ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı oktyabrın 24-dən etibarən müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

"Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız "Azərişıq" ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər", - deyə məlumatda vurğulanıb.

Şərhlər

məzahir 2017-10-26 20:38:40

Xaçmaz içıq idarəsindən texniki şərt almaq mümkün deyil Mən 250 manat pul köçürdükdən sonra texniki şərtin verilməsini bildiriblər TEXNİKİ ŞƏRT üçün lazım olan sənədləri təqdim etmişəm tel 050-510-26-75 Ünvan Xaçmaz rayonu Bayoba kəndi evim köhnə tikilidir Halhazırda sovet saygacı ddurur Elektrik dirəyi ilə ev arasında 15 metr məsafə var.Xahiş edirəm öz rəynizi bildirəsiniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol